Gündoğan qərarını verib?

İlkay Gündoğan “Mançester Siti”dən “Barselona”ya keçməyə yaxındır.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını bu həftə harada davam etdirəcəyi ilə bağlı yekun qərarını vermək, daha sonra isə istirahətə getmək istəyir. Hər şey onun növbəti mövsümü Kataloniya təmsilçisində keçirəcəyinə işarə edir.

Gündoğan İspaniya klubundan gələn təklifi qəbul etməyə hazırdır, lakin qeydiyyatdan keçə biləcəyinə dair zəmanət istəyir. Klub onları təmin edə biləcəklərinə inanır və İlkayın transferinin tezliklə rəsmiləşəcəyinə ümid edir.

“Barselona” futbolçu ilə “2+1” sxemi üzrə müqavilə imzalayıb. Müqavilənin uzadılması variantının aktivləşdirilməsi oynanılan matçların sayından asılıdır.

Həmin kateqoriyadan