- Baxış sayı: 58
- 09 İyul 2025 17:49
- Baxış sayı: 221
- İyul 17, 2025
- 0
İkiqat Formula-1 çempionu Fernando Alonso açıqlama verib.
Allsport.az xəbər verir ki, “Aston Martin”in pilotu komanda ilə müqaviləsi başa çatacağı 2026-cı il mövsümündən sonrakı karyera seçimlərinə nələrin təsir edə biləcəyini deyib:
“Bəli, bu, çox vacib mərhələ olacaq. Düşünürəm ki, gələn ilin necə başlayacağını və nə qədər motivasiyalı olduğumu görməliyəm. Hər il fərqli əhval-ruhiyyədə oluram. Özümü nə qədər rəqabətli hiss edirəm, fitnesimi qorumaq üçün nə qədər motivasiyalıyam, həmçinin şəxsi vəziyyətim, ailə vəziyyətim – bütün bunlar bəzi mühüm həyat qərarlarının qəbul edilməsində rol oynayır”.