Həbib Konora: “Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”

Konor Makreqor sosial hesabında UFC tarixinin ən güclü 4 idmançısının adını açıqlayıb. Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü 1-ci yerə Anderson Silvanı, 2-ci yerə özünü, 3-cü yerə Jorj Sen-Pyeri, 4-cü yerə isə Con Consu layiq görüb.

Rusiyanı təmsil edən Həbib Nurməhəmmədov özünü bu suyahıda görmədiyi üçün yaxın keçmişdə qalib gəldiyi irlandiyalıya sosial hesabında cavab yazıb:

“Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan. Ona görə də heç vaxt UFC və Cage Warriors titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.

Həmin kateqoriyadan