- Baxış sayı: 43
- 17 Sentyabr 2026 16:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

Beynəlxalq olimpiya komitəsi, Azərbaycan MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova təşəkkür məktubu ünvanlayıb.
Allsport.az saytı xəbər verir ki, onun rəhbərliyi ilə həyata keçirilən OVEP proqramı, 2019-cu ildə Bakıda təşkil olunmuş rəqəmsal kommunikasiya seminarları, eləcə də təhlükəsiz idman sahəsində fəaliyyəti və BOK-un təhlükəsizlik üzrə sertifikatının əldə olunması xüsusi vurğulanıb.
Ceyms Makleod həmyerlimizi “Olimpiya dəyərlərinin əsl səfiri” adlandıraraq, idman vasitəsilə daha yaxşı bir dünyanın qurulmasına verdiyi töhfələrə görə təşəkkür edib.