Hesabından 10 xalı sildilər

Avropa futbolunun gündəmi İngiltərə premyer liqasında çıxış edən “Everton”un APL-də UEFA-nın maliyyə feyr pley qaydalarına analoq olaraq tətbiq olunan daxili maliyyə qanununu pozması nəticəsində hesabından 10 xalın silinməsidir. Allsport.az saytı xəbər verir ki, qanuna görə klub 3 ilə maksimum 105 milyon funt sterlinq zərər edə bilər. “Everton”da isə bu rəqəm 124,5 milyon funt təşkil edir.

“Everton”un cəzalanması “Çelsi”nin də eyni səbəbdən (xərclərinin gəlirlərdən daha çox olması) cəzalanmasını gündəmə gətirib. Klub ötən il 10-cu yer tutub, mövsümü titulsuz başa vurub, avrokuboklara vəsiqə qazanmayıb. Transferlərə təxminən milyard xərcləyiblər. Maksimum satdıqları isə “Arsenal”a Kai Havertz ( kaş ki, almasaydılar) olub.

“Mançester Siti” isə məncə bu yoxlamadan təmiz çıxacaq. Çünki oyunçu satışından aldıqları müqabilində dəfələrlə çox xərcləsələr də (yadımda yalnız Gündoğan qalıb), Çempionlar Liqası və APL-i qazandıqları üçün həm ümumi mükafat fondundan, həm də teleyayımdan milyonlarla gəlir əldə ediblər.

İstənilən halda araşdırmalar davam edir və gedişat maraqlı olacaq.

Həmin kateqoriyadan