İdman jurnalistləri üçün “Dopinqlə mübarizə” mövzusunda vebinar

İdman qurumlarının və təhsil institutlarının müvəqqəti bağlanması ilə əlaqədar idmançıların, məşqçilərln və KİV-in bu dövrdən faydalı yararlanması üçün, Milli antidopinq agentliyi özəl onlayn təhsil və maarifləndirmə proqramını həyata keçirir. Allsport.az saytı xəbər verir ki, sosial izolyasiya tədbirlərinin ilk günlərindən başlayan və iyun ayının sonunadək davam edəcək bu proqram antidopinq fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı pandemiya dövründə idmançılar və media üzvlərini ən çox maraqlandıran suallara interaktiv formada cavab vermək imkanı yaradır. Proqram vebinar, sual-cavab oyunları və qoyulmuş mövzu ətrafında müzakirələr formatında keçirilir.

12 mayda proqram İdman jurnalistləri federasiyası ilə birlikdə “Dopinqlə mübarizə” mövzusunda vebinarla davam etdirildi. Media üzvləri, idmançılar, məşqçilər və adi istifadəçilər üçün açıq keçirilən toplantını AMADA-nın direktoru Şəfəq Hüseynli açdı. AİJF-in prezidenti Qabil Mehdiyev qısa bilgi verdikdən sonra, estafeti agentliyin hüquqşünası Fərhad Abbasova ötürdü. O, аntidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyaların öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi, hüquqların pozulması və qorunması, ÜADA tərəfindən qərarların yoxlanılması, eləcə də, Ümumdünya antidopinq məcəlləsi və ölkələrə tələblər müzakirə olundu.

Antidopinq mövzusunda biliklərinizi artırmaq və sizi maraqlandıran suallar barədə müzakirə aparmaq üçün növbəti günlərdə AMADA tərəfindən təqdim olunacaq vebinarlarda iştirak etməyə dəvətlisiniz. Növbəti vebinar aşağıdakı mövzuları əhatə edəcək:

2020-ci il qadağan edilmiş maddələr və üsulların siyahısı – 25 May

Vebinarlar barədə AMADA-nın Feysbuk və İnstaqram səhifələrində əvvəlcədən elan olunur. Bütün vebinarlar Azərbaycan dilində “Microsoft Teams” platforması üzərində keçirilir.

Həmin kateqoriyadan