- Baxış sayı: 43
- 17 Sentyabr 2026 16:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

Milli olimpiya komitəsinin (MOK) İdmançılar komissiyasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda layihələr barədə fikir mübadiləsi aparılıb və yeni üzv seçkisi məsələsinə baxılıb. Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya və 3-qat Avropa çempionu Rafiq Hüseynov seçilib.
2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcək.