İdmançılarımızın yeni reytinq cədvəli açıqlandı

Gənclər və idman nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Allsport.az xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

540 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. İdman gimnastı Nikita Simonov (355 xal) üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Həmin kateqoriyadan