III MDB oyunlarında 246 medal

III MDB oyunlarında 246 medal

III MDB oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.

Allsport.az xəbər verir ki, ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq.

Komanda idman növlərində – futbol, voleybol, 3×3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.

 Yarışlar 12 idman məkanında keçiriləcək.

III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Ümumilikdə, oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.

Həmin kateqoriyadan