- Baxış sayı: 43
- 17 Sentyabr 2026 16:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

III MDB oyunlarının on ikinci günündə 4 idman növü üzrə yarışlar baş tutacaq.
Allsport.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan yığmaları qarşılaşacaq.
Şəki OİK-də isə bədii gimnastika yarışları davam edəcək.
Gəncə idman sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə olimpiya idman kompleksində isə yunan-Roma güləşi üzrə yarışların mükafatçıları bəlli olacaq.