- Baxış sayı: 36
- 03 Sentyabr 2026 23:36
- Baxış sayı: 51
- Sentyabr 01, 2026
- 0

“Komo” klubunu çalışdıran Sesk Fabreqas İtaliya futbolçular assosiasiyasının (AİC) versiyasına görə, “A” seriyasında 2025/2026 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.
Allsport.az xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssisin birinci olduğu sorğunun qalibi futbolçular arasında səsvermə ilə müəyyənləşdirilib.
Mövsümün ən yaxşı futbolçusu “İnter”in müdafiəçisi Federiko Dimarko, ən yaxşı klubu isə “İnter” seçilib. “Komo”nun yarımmüdafiəçisi Niko Pas ən yaxşı gənc oyunçu, “Yuventus”un üzvü Fransişku Konseysau ən gözəl qolun müəllifi adını qazanıb.
Mövsümün rəmzi komandasına Mile Svilar (“Roma”), Marko Palestra (“Empoli”), Alessandro Bastoni, Manuel Akanji, Federiko Dimarko, Xaqan Çalhanoğlu (hamısı “İnter”), Skott Maktominey (“Napoli”), Luka Modriç (“Milan”), Niko Pas (“Komo”), Lautaro Martines (“İnter”) və Doniell Malen (“Roma”) daxil ediliblər.
Sesk Fabreqas 2024-cü ildən “Komo”ya rəhbərlik edir. Ötən mövsüm 71 xal toplayan komanda İtaliya “A” seriyasında 4-cü yeri tutub və tarixində ilk dəfə UEFA çempionlar liqasına vəsiqə qazanıb.