“İlin idman federasiyası” bəlli oldu

Azərbaycan Taekvondo Federasiyası (ATF) Gənclər və İdman Nazirliyinin, “Sportsman” idman jurnalının ənənəvi “Zəfər” yüksək idman nailiyyətləri mükafatının qalibi olub. Allsport.az xəbər verir ki, ATF “İlin idman federasiyası” nominasiyası üzrə bu mükafata layiq görülüb.

Azərbaycan 2014-cü ilin mayında böyüklər arasında taekvondo üzrə Avropa çempionatına, iyunda isə yeniyetmələr arasında ilk dəfə keçirilən dünya birinciliyinə ev sahibliyi edib. Böyüklər arasında təşkil edilən Avropa çempionatında millimiz 1 qızıl və 4 bürünc medal qazanıb. Yeniyetmə taekvondoçular isə mundialda 2 gümüş və 1 bürünc medala layiq görülüblər. İl ərzində federasiya tərəfindən Bakıda və regionlarda müxtəlif yaş kateqoriyasından olan taekvondoçular arasında açıq birinciliklər təşkil edilib.

Həmin kateqoriyadan