“Neftçi” “Bakı”ya, “Simurq” AzAL-a, “Xəzər Lənkəran” “Sumqayıt”a qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Açılış matçında “Simurq” doğma meydanda AzAL-la qarşılaşıb. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Çempionatın autsayderləri sırasında qərarlaşan “Sumqayıt” səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. Günün ən bol qollu oyununda cənub təmsilçisi əzmkar qələbəyə sevinib.

“Neftçi” öz meydanında “Bakı”nı qəbul edib. Paytaxt derbisi meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Üçüncü dövrəyə sabah liderlər – “Qarabağ” və “İnter” arasında keçiriləcək mərkəzi oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası
27-ci tur
1 aprel (çərşənbə)

“Simurq” – AzAL – 1:0 (1:0)
Qol: D.Çeran, 37 (1:0).
Matçın 44-cü dəqiqəsində F.Mombonqo penaltidən yararlana bilməyib (kənara).
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.
AzAL: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 15. Oskar Klava, 21. Novruz Məmmədov (k), 23. Aleksandr Şemonayev, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 3. Xuan Fransisko, 20. Freddi Mombonqo, 25. Valeri Kutsenko.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 55. Fərid Hacıyev, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.

“Xəzər Lənkəran” – “Sumqayıt” – 3:2 (1:1)
Qollar: S.Alxasov, 10 (0:1). R.Ramaldanov, 30 (1:1). R.Poladov, 63-öz qapısına (2:1). A.Çertoqanov, 69 (2:2). A.Skarlatake, 87 (3:2).
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 8. Elşən Rzazadə, 20. Elsevər Bəkirzadə, 23. Cavid Bağırzadə, 32. Zaman Mirzəzadə, 96. Anar Babazadə.
Baş məşqçi: Elbrus Məmmədov.
“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 76. Uğur Pamuk, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 17. Pərdis Fərcad-Azad, 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.

“Neftçi” – “Bakı” – 2:0 (1:0)
Qollar: N.Kanales, 42 (1:0). J.Vobay, 65 (2:0).
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 3. Denis Silva, 8. Elşən Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Rauf Əliyev, 33. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“Bakı”: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 11. Tural Qürbətov, 19. Eltun Hüseynov, 56. Qeyrət Əliyev, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov, 85. Jaba (k).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 16. Rüstəm Rüstəmli, 21. Elşad Manafov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.

Turun digər oyunu: 2 aprel, 18:00. “Qarabağ” – “İnter”.

Bombardirlər:
12 – Draqan Çeran (“Simurq”).
11
– Nurlan Novruzov (“Bakı”).

Həmin kateqoriyadan