İtaliyada oynayan futbolçuların 88 nömrəli forma geyinməsi qadağan olunub

Allsport.az xəbər verir ki, İtaliyada futbolçuların 88 nömrəli formanı geyinməsi qadağan edilib. Bu barədə İtaliya daxili işlər nazirliyi və İtaliya futbol federasiyası arasında futbolda antisemitizimlə mübarizə niyyəti haqda bəyannamədə qeyd olunub. Qadağaya səbəb olaraq 88 rəqəminin nassist lideri Adolf Hitleri xatırlatması göstərilib.

Daxili işlər naziri Matteo Piantedosinin açıqladığı niyyət bəyannaməsində futbolçulara ölkədə neo-nassist irqçi qruplarının nassist lideri Adolf Hitlerə təriflər yağdıran “Heil Hitler” salamının simvolu H hərfinə qarşılıq olan “88” rəqəmli formaları geyinmək qadağan olunub.

Həmin kateqoriyadan