- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

La Platada (Argentina) Uruqvay və İtaliyanın gənclərdən ibarət yığmaları arasında futbol üzrə U-20 dünya çempionatının finalı keçirilib.
Allsport.az xəbər verir ki, görüş Uruqvay millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, İtaliya komandalarının uduzduğu ardıcıl 4-cü böyük turnir finalıdır.
“Roma” mayın 31-də Avropa liqasının finalında “Sevilya”ya (1:1, pen. 1:4), “Fiorentina” iyunun 7-də Konfrans liqasının finalında “Vest Hem”ə (1:2), iyunun 10-da isə “İnter” ÇL-in finalında “Mançester Siti”yə (0:1) məğlub olub.