“Kəpəz”də 2 portəgiz legionçu

Ərzurumda hazırlıq keçən “Kəpəz”in düşərgəsinə 2 yeni futbolçu qoşulub. Allsport.az saytı xəbər verir ki, onların hər ikisi legionçudur. Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidir.

Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beira-Mar” və “Arouca” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub.

Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdır. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Piriney ölkəsində klubu “Jil Visente” olub.

Həmin kateqoriyadan