Karateçilərin “Baku open” turniri nə vaxt başlayacaq?

22-23 apreldə “Sərhədçi” Olimpiya İdman Mərkəzində 7-ci beynəlxalq “Baku open” karate turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 10 ölkənin idmançıları iştirak edəcək. “Baku open”də Azərbaycandan başqa Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançı qatılacaqlar.  

Turnirin təntənəli açılış mərasimi 22 aprel saat 17:00-da başlayacaq. Mərasimdə bir sıra ölkələrin karate federasiyasının rəhbərləri və digər fəxri qonaqlar iştirak edəcəklər.

Ustalar arasında fərdi kata və kumite yarışları, həmçinin veteran karateçilərin çxışları yarışın ilk günü olacaq. Ertəsi gün isə yeniyetmə və gənclərin kata və kumite yarışları keçiriləcək.

 

Həmin kateqoriyadan