“Barsa” 80 milyon ödəməyə hazırdır?

Katakomuya klubu, “Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmixi transfer etmək istəyir.

Allsport.az xəbər verir ki, mümkün transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. Keçid qışda və ya mövsümün sonunda baş tuta bilər.

Kimmixin Münhen klubundan ayrılmaq istədiyi bildirilir. Daha əvvəl o, klubu ilə müqaviləni yeniləməkdən imtina etmişdi.

O, 2015-ci ilin yayından “Bavariya”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 16 oyun keçirib, 6 məhsuldar ötürmə edib və 1 dəfə meydandan qovulub.

Həmin kateqoriyadan