- Baxış sayı: 27
- 03 Noyabr 2026 13:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azad agent olan Sokratis Papastatopulos “Betis”ə keçiddən imtina edib. Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarı “Bavariya” ilə müqavilə imzalanacağına ümid etdiyi üçün verib.
Yunanıstanlı müdafiəçi Dayot Upamekanonun zədəsindən və Münhen klubunun müdafiə xəttini gücləndirmək istəyindən xəbərdardır. “Bavariya”nın bu həftə qərar verəcəyi gözlənilir.
Onun son klubu müqavilə müddəti başa çatdığı üçün tərk etdiyi “Olimpiakos” olub. Bundan əvvəl futbolçu Dortmund “Borussiya”sında və London “Arsenal”ında çıxış edib.