Kessiye “Barselona”dan ayrılmaq istəmir

Frank Kessiye karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi tezliklə Səudiyyə klubundan cəlbedici təklif alacaq.

Futbolçu onunla daha 3 il müqaviləsi olan Kataloniya təmsilçisində qalmağa üstünlük verir. Lakin onlar Kessiye ilə ayrılmağa hazır olduqlarını bildirsələr, o zaman digər təklifləri də nəzərdən keçirəcək.

Bundan əlavə, yarımmüdafiəçini premyer liqa və bundesliqada oynamaq imkanı cəlb edir. 

Daha əvvəl “Barselona”nın yarımmüdafiəçini 35 milyon avrodan aşağı qiymətə satmayacağı bildirilib.

Futbolçu ötən mövsüm la liqada 28 oyuna çıxıb.

Həmin kateqoriyadan