- Baxış sayı: 6
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

“Bavariya” Almaniya kubokunda “Osnabrük”ü məğlub edib – 2:1.
Allsport.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Harri Keyn bu görüşdə qol vurmağı bacarıb. O, turnirdə ardıcıl 7 matçdır, fərqlənir.
Keyn bu göstəricidə komandanın sabiq futbolçuları Gerd Müller və Tomas Müllerə çatıb.
Hər iki oyunçu Almaniya kubokunda ardıcıl yeddi oyunda qol vura bilmişdi. Gerd 1967/68, Tomas isə 2013/14 mövsümündə bunu bacarıb.