Kimmix “Bavariya”nı istəmir

Yarımmüdafiəçi Coşua Kimmix “Bavariya”nı tərk edə bilər.

Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu Münhen klubundan ayrılmağı düşünür. O, “Bavariya” ilə müqaviləsini yeniləmək istəmir. Onun Almaniya çempionu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Barselona” yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Həmin kateqoriyadan