- Baxış sayı: 33
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov premyer liqaının III turunda “İmişli” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Allsport.az xəbər verir ki, mütəxəssis matçın yüksək tempdə keçdiyini deyib:
“Düşünürəm ki, yaxşı oyun alındı. Həm rəqibin, həm də bizim düşünülmüş hücumlarımız var idi. Matçda yüksək temp, dinamika və əsl mübarizə izlədik. Təəssüf ki, ikinci hissəyə yaxşı başlamadıq və qol buraxdıq. Buna baxmayaraq, komandamdan narazı qalmadım. Çempionatdakı üçüncü oyunumuza görə futbolçularım yaxşı çıxış etdilər. Çempionat uzun marafondur. Məqsədimizə çatmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.