- Baxış sayı: 39
- 16 Oktyabr 2026 16:33
- Baxış sayı: 270
- Oktyabr 14, 2026
- 0

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni klubu “Bukovina”nın heyətində Ukrayna premyer liqasının 6-cı turunda “Zorya” komandasına qarşı oyunda debüt edib.
Allsport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisinin üzvü Renat Dadaşov da qarşılaşmanın 65-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.
Bu heç-heçədən sonra “Bukovina” xallarının sayını yeddiyə çatdırıb və turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Zorya” isə səkkiz xalla yeddinci yerdədir.