Laporta yenidənqurma işlərinin başladığı “Nou Kamp”a gedib

Allsport.az xəbər verir ki, bundan əvvəl “Barselona” rəhbərliyi “Espai Barça” layihəsi çərçivəsində “Nou Kamp”ın yenidən qurulması, yeni infrastruktur obyektlərinin tikintisi və stadiona bitişik ərazinin modernləşdirilməsi üçün 1,45 milyard avro dəyərində müqavilə imzalayıb.

“Barselona”nın idarə heyətinin üzvləri və klubun prezidentinin də daxil olduğu nümayəndə heyəti təmir işlərinin gedişini yoxlamaq üçün stadiona baş çəkib.

Bildirilir ki, hazırda tribunalarının 3-cü mərtəbəsinin söküntüsü davam edir. Stadionun yenidən qurulmasının 2024-cü ilin noyabrına qədər başa çatdırılması planlaşdırılır.

Həmin kateqoriyadan