Levandovski 150 milyonluq təklifini qəbul etməyib

Robert Levandovski Səudiyyə Ərəbistanına keçməkdən imtina edib.

Allsport.az xəbər verir ki, Səudiyyə klublarından biri hücumçunun agenti ilə əlaqə saxlayıb. Futbolçuya illik 150 milyon avro maaş təklif olunub.

Lakin futbolçunun özü bu transferdə maraqlı olmayıb və danışıqlar aparmayıb.

“Barselona”nın hücumçusu ötən mövsüm la liqada 34 oyuna çıxıb , 23 qol vurub, 7 məhsuldar ötürmə edib. O, çempionatın bombardiri olub.

Həmin kateqoriyadan