- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Çelsi”nin futbolçusu Romelu Lukaku “Əl Hilal”ın təklifini qəbul etməyib və Avropada qalmaq istəyir.
Allsport.az xəbər verir ki, hücumçuya ildə 50 milyon funt-sterlinq maaş təklif edilsə də, belçikalı bundan imtina edib.
Lukakunun icarə əsasında çıxış etdiyi “İnter” də futbolçunu almağa çalışır.
2022/23 mövsümündə A Seriyasında hücumçu 25 oyunda 10 qol vurub.