“Mən Diazın komandaya kömək edə biləcəyinə inanıram”

Allsport.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Brahim Diaz haqda danışıb:

“Bəzi mənbələrdə mənim Brahim Diazla şəxsi problemim olduğu üçün ona oyun şansı verməməyim xəbərlərini görmüşəm. Hamısı yalandır. Düzdür, o, çox oyun vaxtı əldə etmir. Lakin mən Diazın komandaya kömək edə biləcəyinə inanıram. Heyətdə rəqabət çox yüksəkdir”.

Həmin kateqoriyadan