“Mançester Yunayted” Fredi 20 milyon funt-sterlinqə buraxmağa hazırdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Fred karyerasını “Fulhem”də davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” bu yay futbolçu ilə yollarını ayırmağa hazırdırlar.

İngiltərə təmsilçisi 30 yaşlı braziliyalının satışından təxminən 20 milyon funt-sterlinq qazanmağa hazırlaşır. “Fulhem” belə bir məbləğ ödəməyə hazır deyil, lakin danışıqlarda kompromis əldə edəcəyinə ümid edir.

Fred 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Həmin kateqoriyadan