Markus Turam PSJ-yə keçməyəcək

Allsport.az xəbər verir ki, Paris klubu hücumçu ilə maraqlanıb və tərəflər son həftələrdə bir neçə dəfə əlaqə saxlayıb. Lakin indi futbolçu PSJ-dən imtina etmək qərarına gəlib və bu barədə kluba məlumat verib. 

Turamın seçiminə  bir neçə amil təsir edib. Yeni məşqçinin oyun tərzi ilə bağlı davam edən qeyri-müəyyənlik və onunla danışıqların mümkünsüzlüyü bu qərarda öz rolunu oynayıb. Futbolçu məşqçinin onunla bağlı dəqiq niyyətini bilmədən keçidə razı olmayıb.

Daha əvvəl Turamla “Milan” və “Leyptsiq”in maraqlandığı bildirilib. Hücumçu hələ gələcəklə bağlı qərar verməyib. 

Turam ötən mövsüm bundesliqada 30 oyuna çıxıb, 13 qol vurub

Həmin kateqoriyadan