- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Marselino Qarsiya Toral “Marsel”in yeni baş məşqçisi olub.
Klub məşqçi ilə 2 illik müqavilə imzalayıb.
Toralın əvvəlki iş yeri “Atletik Bilbao” olub. O, 2021-ci ilin yanvarından 2022-ci ilin yayına kimi bu klubda çalışıb. O, daha əvvəl “Valensiya”, “Vilyarreal” və “Sevilya”ya baş məşqçilik edib.
Ötən mövsüm “Marsel”i xorvatiyalı mütəxəssis İqor Tudor çalışdırıb. Yaxşı mövsüm keçirməsinə (Fransa çempionatında 3-cü yer) baxmayaraq, Tudor özünü çox yorğun hiss edərək, belə bir klubda işləməkdən narahat olub, ayrılmaq qərarına gəlib.