Martinez: “Çempionlar liqasını qazanmaq bonusdur, amma mənim arzum deyil”

Allsport.az xəbər verir ki, Emiliano Martinez 2022-ci il dünya kubokunu qazanmasından danışıb.

“Bəli, çempionlar liqasını, Avropa liqasını qazanmaq istəyirəm… Amma Argentina millisi səviyyəsində biz hər şeyə nail olmuşuq. ÇL daha çox Avropa ilə bağlıdır. Mən 12 ildir orada yaşayıram və “Aston Villa” ilə nəsə qazanmaq böyük uğur olardı.

Beynəlxalq səviyyədə biz komanda yoldaşlarımla hər şeyə nail olmuşuq. Həmişə ÇL-də deyil, dünya çempionatında oynamaq arzusunda olmuşam. 

Əgər bu turnirlər arasında seçim etsəniz, mən artıq arzumu həyata keçirmişəm. Çempionlar liqasını qazanmaq bonusdur, amma mənim arzum deyil” – Argentina və “Aston Villa”nın qapıçısı deyib.

Həmin kateqoriyadan