- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt klubdan ayrıldığını təsdiqləyib.
Allsport.az xəbər verir ki, Maunt karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
“Salam “Çelsi” azarkeşləri. Son 6 ayda ayrılma ilə bağlı bütün şayiələri nəzərə alsaq, çox güman ki, bu sizin üçün sürpriz olmayacaq. Lakin bütün bunlara baxmayaraq, İngiltərə təmsilçisindən ayrıldığımı sizə bildirmək mənim üçün asan deyil.
İnanıram ki, siz yazılı açıqlamadan daha çoxuna layiqsiniz. Beləliklə, bu 18 il ərzində göstərdiyiniz dəstəyə görə sizə necə minnətdar olduğumu birbaşa söyləmək qərarına gəldim” – müdafiəçi sosial şəbəkədə yazıb.