Mauntun “Mançester Yunayted”ə transferi gələn həftənin sonuna qədər tamamlana bilər

Meyson Maunt tezliklə “Mançester Yunayted”ə keçə bilər.

Allsport.az xəbər verir ki, müqavilənin gələn həftənin sonuna qədər bağlana biləcəyinə inanırlar.

İngiltərə təmsilçisi yarımmüdafiəçi üçün yeni təklif irəli sürsələr də, uzun müddət danışıqlar aparmayacaqlar. 60-65 milyon funt sterlinq “Çelsi”ni oyunçunu satmağa razı salmaq üçün kifayət edib.

Mauntun “Yunayted”lə şəxsi müqaviləsinin şərtləri artıq razılaşdırılıb.

Mount ötən mövsüm premyer liqada 24 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan