“Mbappe nümunədir. O, fenomenaldır”

Allsport.az xəbər verir ki, “Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martinez PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb:

“Mbappenin dünyanın ən yaxşı oyunçularından biri hesab edilməsi əbəs yerə deyil. Ona həm futbolçu, həm də bir insan kimi böyük hörmətim var.
Mbappe nümunədir. O, fenomenaldır. Dünya Kubokunu qazandı, növbəti dünya çempionatında finala yüksəldi və het-trik etdi… Onun kimi futbolçu ilə bütün fransalılar fəxr etməlidir. Leo və Ronaldo dövrü tam bitdikdə, Killian onların yolu ilə gedəcək və bir çox “Qızıl top” qazanacaq”, – Martinez L’Equipe-ə deyib.

Həmin kateqoriyadan