- Baxış sayı: 36
- 03 Sentyabr 2026 23:36
- Baxış sayı: 51
- Sentyabr 01, 2026
- 0

“Lill” və Paraqvay millisinin qapıçısı Orlando Gil fransalı hücumçu Kilian Mbappedən üzr istəyib.
Allsport.az xəbər verir ki, o, dünya çempionatında Paraqvay – Fransa matçından (0:1) sonra rəqib oyunçu Mbappenin əlini sıxmamasını belə izah edib:
“Məğlubiyyəti sevmirəm. Qətiyyən bunu qəbul edə bilmirəm və bəzən emosional davranıram. Matçdan sonra Mbappe ilə danışdım və ondan üzr istədim. Futbolda belə hallar olur”.
Orlando bu yay “Lill”ə qoşulub. Fransa təmsilçisində Mbappenin qardaşı Etan forma geyinir.