- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 134
- May 04, 2026
- 0

27 sentyabr – ölkəmizdə Anım günü əlaqədar MDB oyunlarının bütün idman məkanlarında saat 12:00-da bir dəqiqəlik sükut elan olunub.
Allsport.az saytı xəbər verir ki, Qəbələ şəhər stadionunda futbol üzrə Azərbaycan (U-16) və Tacikistan (U-16) milliləri arasında oyunu da bir dəqiqəlik sükutla başlayıb. Həmçinin digər idman arenalarında da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
III MDB oyunlarının iştirakçıları və qonaqları Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.