- Baxış sayı: 26
- 03 Noyabr 2026 13:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, “Milan”ın keçmiş baş məşqçisi Arriqo Sakki hesab edir ki, “Milan” rəqibləri olan “İnter”ə və “Yuventus”ə məğlubiyyətlərinə baxmayaraq, çempion olma şanslarını hələ də saxlayır. Onun sözlərinə görə, təqvim “Milan” üçün əlverişlidir:
“Çoxları “İnter”lə “Yuventus” arasında döyüş olacağını proqnozlaşdırır, amma mənim fikrimcə, Neapolda çıxış edən “Milan” da mübarizəyə tam iddialıdır. Hər 3 komanda turnir cədvəlində bir-birinə yaxındır. “İnter” və “Yuventus”u hələ qarşıda daha çətin matçlar gözləyir”.