Milli atçılıq festivalı çərçivəsində arena polo üzrə 6-cı dünya kuboku

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq federasiyasının təşkilatçılığı ilə milli atçılıq festivalı çərçivəsində iyunun 15-17-də arena polo üzrə 6-cı dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sabah “JW Marriott Absheron Baku” mehmanxanasında yarışla bağlı mətbuat konfransı və komandaların təqdimatı olacaq.

İyunun 15-də “Elite Horse & Polo Club” (Paşa Bank) və “Indian Polo & Riding Club New Delhi” (Altun 97) komandaları arasında keçiriləcək oyunla rəqabət start götürəcək. Günün ikinci oyunu isə “Polo Club Wicklow” (Bot) və “Rhein Polo Club Düsseldorf” (Palladium) arasında olacaq. Günün sonunda isə “Elite Events Hall”da “Baku Moritz” qala gecəsi keçiriləcək.

İyunun 16-da günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” (Palladium) və “Indian Polo & Riding Club New Delhi” (Altun 97) komandaları mübarizə aparacaq. İkinci oyun isə “Elite Horse & Polo Club” (Paşa bank) və “Polo Club Wicklow” (Bot) arasında keçiriləcək. Kubokun ikinci günü “Port Baku Scalini”də keçiriləcək dünya polo gecəsi (iştirak yalnız dəvətnamə ilə) ilə başa çatacaq.

İyunun 17-də keçiriləcək oyunlarda isə komandalar üçüncülük və final uğrunda mübarizə aparacaqlar. Oyunlardan sonra keçiriləcək mükafatlandırma mərasimi ilə arena polo üzrə Dünya Kubokuna yekun vurulacaq.

Həmin kateqoriyadan