- Baxış sayı: 36
- 27 Mart 2024 22:00
- Baxış sayı: 159
- Mart 28, 2024
- 0
Fevralın 25-də Milli olimpiya komitəsinin icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən vitse-prezident Çingiz Hüseynzadə, qurumun icraiyyə komitəsinin yeni tərkibdə iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
İyulun 24-30-da Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa yeniyetmələrinin XVI yay olimpiya festivalında idmanın 11 növü üzrə yarışlar keçiriləcəyi qeyd olunub. Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilən festivalda Azərbaycan komandası 122 atletlə idmanın 10 növündə təmsil olunub. Yeniyetmə idmançılarımız 10 qızıl, 7 gümüş və 6 bürünc medalla komanda hesabında 4-cü yeri tutublar.
Avqustun 9-18-də Türkiyənin Konya şəhərində V İslam həmrəyliyi oyunlarına hazırlıq məsələlərinin də müzakirə olunduğu iclasda oyunlarla bağlı son qərarın martın 17-nə planlaşdırılan missiya rəhbərlərinin iclasında veriləcəyi bildirilib.
Yığıncaqda vitse-prezidentlər Fərid Qayıbov, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, icraiyyə komitəsinin üzvləri Mariana Vasileva, Könül Nurullayeva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov və Hacı Ramil iştirak ediblər.
İclas iştirakçıları MOK-un 30-illik yubiley tədbiri haqda da fikir mübadiləsi aparıblar.