- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0
İspaniyalı mütəxəssis Robert Moreno Cənubi Koreya millisinin müvəqqəti baş məşqçisi təyin olunub.
Allsport.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı ilə noyabrın 27-dək nəzərdə tutulan və növbəti 6 matçı əhatə edən müqavilə imzalanıb.
Sənəddə müddətin uzadılması ilə bağlı bənd də yer alıb. Təyinat xüsusi yaradılmış ekspert komissiyasının keçirdiyi açıq müsabiqənin yekunlarına əsasən gerçəkləşib.
Moreno bu postda DÇ-2026-dakı uğursuz çıxışdan sonra, iyunda istefa verən Hon Myen Bonu əvəzləyib. O, daha əvvəl İspaniya yığmasını (2019) və “Monako”nu (2019–2020) çalışdırıb. Onun son klubu Rusiyada “Soçi” (2023–2025) olub.