- Baxış sayı: 59
- 21 Sentyabr 2026 23:45
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0
Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinin 2-ci turu start götürüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi də növbəti oyununa çıxıb.
“A” qrupunda ilk matçda Portuqaliyaya 0:5 hesabıyla uduzan Təbriz Həsənovun çalışdırdığı komanda, bu dəfə daha bir güclü rəqiblə – Belçika ilə üz-üzə gəlib. Rəqib açılış turunda Şotlandiyaya 2:0 hesabıyla qalib gəlmişdi. Amma millimiz bu rəqiblə oyunda heç-heçə etməyə nail olub – 1:1.
Qrupun digər matçında Portuqaliya Şotlandiya ilə qarşılaşıb. Gözlənildiyi kimi, qrupumuzun favoriti inamlı qələbəyə sevinib – 2:0.