Millimiz “Ukraine open cup” beynəlxalq turnirində uğurlu çıxış edib

11-12 apreldə, Ukraynanın Xarkov şəhərində keçirilən G-1 kateqoriyalı “Ukraine open cup” beynəlxalq turniri yığmamız üçün uğurlu alınıb. Allsport.az xəbər verir ki, komandamızın üzvləri turnirdə 3 gümüş və 4 bürünc medal qazanıb.

Belə ki, kişilər arasında 68 kq çəki dərəcəsində dayaq üzərinə çıxan Ayxan Tağızadə qızıl medal uğrunda final döyüşündə qızıl xalda məğlub olaraq gümüş medala layiq görülüb. Digər kişi taekvondoçumuz Milad Beigi Harçeqani də finalda məğlub olaraq turniri gümüş medalla başa vurub.

Qadın taekvondoçulardan isə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında ölkəmizi təmsil edəcək Fəridə Əzizova final qarşılaşmasında son olimpiya oyunlarının gümüş mükafatçısı Nur Tatara məğlub olaraq gümüş medala sahib olub.

57 kq çəki dərəcəsində çıxış edən Günay Ağakişiyeva (-57 kq), Patimat Abakarova (-49 kq), Darya Şkurko (-62 kq) və Marina Tedeeva (-73 kq) bürünc medalla kifayətlənməli olub.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyammədin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Elnur Amanov və qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə yarışa qatılan komanda vətənə 14 apreldə dönəcək.

Həmin kateqoriyadan