Millimizin oyunlarının başlama vaxtı açıqlandı

Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq futzal üzrə AÇ-2016-nın final mərhələsinin təqvimi açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da oyunlarının başlama saatları müəyyənləşib.

Qeyd edək ki, millimiz AÇ-dəki ilk matçını İtaliyaya qarşı keçirəcək. Fevralın 3-də baş tutacaq həmin görüş yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) start götürəcək.

İki gün sonra – fevralın 5-də keçiriləcək Azərbaycan – Çexiya matçı da eyni saatda başlayacaq.

Qitə birinciliyi fevralın 13-də yekunlaşacaq.

Yığmamızın yer aldığı D qrupunun oyunlarının təqvimi:

3 fevral
21:00. İtaliya – Azərbaycan

5 fevral
21:00. Azərbaycan – Çexiya

7 fevral
21:00. Çexiya – İtaliya

Həmin kateqoriyadan