Millimizin rəqibləri müəyyənləşib

Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək yarışın təsnifat və əsas seçmə mərhələlərinin qruplarının tərkibi müəyyənləşib. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbir təsnifat mərhələsinin püşkü ilə başlayıb. Burada 45 iştirakçı komandadan 24-ü 6 qrupa bölünüb.

Təsnifat mərhələsi (13-18 yanvar 2015)

“A” qrupu: Bolqarıstan*, Yunanıstan, Danimarka, Cəbəllütariq
“B” qrupu: Monteneqro*, Finlandiya, Kipr, Uels
“C” qrupu: Litva*, , Gürcüstan, Estoniya, İsveçrə
“D” qrupu: Moldova*, Fransa, Albaniya, San-Marino
“E” qrupu: Malta*, Latviya, İngiltərə, Andorra
“F” qrupu: İsveç*, İsrail, Ermənistan, Şotlandiya

* – işarəsi meydan sahiblərini göstərir.

Azərbaycan milli komandası isə seçmə mərhələyə birbaşa qatılan 21 yığma arasında qərarlaşıb. Bu 21 komanda təsnifat mərhələsinin 6 qalibi və ən yaxşı 2-ci yer sahibi ilə birlikdə seçmə oyunlarında qüvvəsini sınayacaq. Bu iştirakçılar da 7 qrupa bölünüb.

Millimiz Bakıda keçiriləcək seçmə turnirində 4-cü qrupda çıxış edəcək. Komandamız Ukrayna, Belçika və “A” qrupunun qalibi ilə üz-üzə gələcək.

Əsas seçmə mərhələ (17-22 mart 2015)

I qrup: Rusiya, Niderland, Bosniya və Herseqovina*, “E” qrupunun qalibi
II qrup: İspaniya, Macarıstan, Makedoniya*, təsnifat mərhələsinin ən yaxşı ikinci komandası
III qrup: İtaliya, Polşa*, Belarus, “B” qrupunun qalibi
IV qrup: Ukrayna, AZƏRBAYCAN*, Belçika, “A” qrupunun qalibi
V qrup: Çexiya, Sloveniya*, Norveç, “D” qrupunun qalibi
VI qrup: Xorvatiya*, Slovakiya, Türkiyə, “F” qrupunun qalibi
VII qrup: Portuqaliya, Rumıniya*, Qazaxıstan, “C” qrupunun qalibi

Qeyd edək ki, əsas mərhələnin 7 qalibi birbaşa Serbiyaya vəsiqə əldə edəcək. Qrup ikinciləri və ən yaxşı 3-cü yer sahibi isə pley-offda son 4 xoşbəxti müəyyənləşdirəcək.

Həmin kateqoriyadan