- Baxış sayı: 124
- 03 Aprel 2026 16:29
- Baxış sayı: 128
- May 04, 2026
- 0

Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dmitri qarşılaşmanın 70-ci dəqiqəsində əvəzlənib. O, bu görüşdə qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, “Karlsrue” 48 xalla 4-cü pillədə qərarlaşıb.