Krakov-2023-ə bu geyimlə

İyunun 16-da Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı olub.

Allsport.az xəbər verir k,i təqdimat mərasimi milli gimnastika arenasının ərazisində, açıq havada gerçəkləşib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərlə danışıqlardan sonra reallaşıb: “Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, artıq milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar”. Nazir qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək 3-cü Avropa oyunlarında istifadə olunacaq.

Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub.

Tədbirdə milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmin kateqoriyadan