MMA seriyasında növbəti döyüşlər təşkil olunub

Bakıda “MMA Fighing Series”çərçivəsində növbəti döyüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, ötən gün baş tutan ikinci yarış Qafqaz Baku Sport oteldə təşkil olunub. “Qəbələ” İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçirilən turnirdə 15 döyüş baş tutub.

Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan idmançılarının qüvvələrini sınadığı yarışda “Qəbələ”nin 3 təmsilçisi də rinqə çıxıb. 66 kq çəki dərəcəsində çıxış edən Fuad Musayev “Şəmkir” döyüş klubunun üzvü Nərbala Atakişiyevə məğlub olub.

Peşəkar rinqdə 13-cü döyüşünə çıxan Nəriman Abbasov 70 kq çəki dərəcəsində İran idmançısı (“Caspian Tigers”) Said Lobatini sınağa çəkib. 1-ci raundun 3-cü dəqiqəsində boğucu fənddən istifadə edən təmsilçimiz 11-ci qələbəsini qazanıb. Abbasov döyüşdən sonra Azərbaycan bayrağı ilə rinqə çıxaraq qələbəsini şəhidlərə həsr etdiyini açıqlayıb.

77 kq çəki dərəcəsində Ukraynanın “Spartak” döyüş klubunun üzvü Maksim Şilo ilə qarşılaşan Hüseyn Əliyev hakimlərin rəyi ilə qalib gəlib. Qələbəni Azərbaycan bayrağı ilə qeyd edən idmançımız peşəkar rinqdəki 7-ci döyüşdə 6-cı uğurunu əldə edib.

Həmin kateqoriyadan