“Monako” ilə görüşdə meydana Reynaldosuz çıxacaq

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” futbol klubu ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, komanda qarşıdakı bir neçə oyunda braziliyalı legioneri Reynaldonun xidmətindən yararlana bilməyəcək. Buna səbəb, futbolçunun dizində zədənin olmasıdır.

Tibbi müayinənin zamanı, onun dizinə su yığıldığı aşkarlanıb. Reynaldo UEFA “Avropa Liqası”nın qrup mərhələsi çərçivəsində “Anderlext” ilə Bakıda keçirilən matçda dizindən zədə almışdı.

Futbolçunun Premyer Liqanın 8-ci turunda “Zirə” və “Sumqayıt” komandalarına, eləcə də Avropa Liqasında “Monako”ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcəyi açıqlanıb.

Həmin kateqoriyadan