- Baxış sayı: 39
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Fransalı futbolçu Pol Poqba “Monako”dan ayrılacaq.
Allsport.az xəbər verir ki, liqa 1 təmsilçisi 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam vermək qərarına gəlib.
Klubun bu qərarı futbolçunun hazırlıq toplanışında bud nahiyəsindən zədə almasından əvvəl qəbul etdiyi bildirilir. “Monako”nun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olan Poqbanın qalan müddət üçün maaşını ödəyəcəyi gözlənilir.
Poqba “Monako”nun heyətində liqa 1-də 6 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.